İraq rəsmilərinin bildirdiyinə görə, Ramadi şəhəri yaxınlığında maşına yerləşdirilmiş bomba partlayışı azı 10 nəfərin ölümünə, 25 nəfərin isə yaralanmasına səbəb olub. Bu gün Birləşmiş Ştatlar ordusu 900 iraqlının ölümü və təqribən 2 000 yaralanmsının məsuliyyətini daşıyan iki şəxs ələ keçirilb. Haytam Kaım Abdulla əl Şimari və Heydər Rəşıd Nasir əl Cəfərin Bağdadın sünnilərin çoxluq təşkil etdiyi Ədhəmiyyə məhəlləsində ələ keçirildiyi deyilir. Hərbiçilər eləcə də bildirirlər ki, keçən həftə sonu Əl Ənbar əməliyyatları zamanı bir dəniz donanması əsgəri qətlə yetirilib.