Accessibility links

Ərəb Ölkələri Liqasının zirvə toplantısı işinə başlayıb


Səudiyyə Ərəbistanının Riyad şəhərində 22 üzvü olan Ərəb Ölkələri liqasının zirvə toplantısı keçirilir. Sammitdə İsrailin 1967-ci ildə işğal etdiyi torpaqlardan çıxdığı halda, onunla münasibətləri normallaşdırmağa çağıran planın yenidən nəzərdən keçiriləcəyi gözlənilir.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Səud əl-Feysəl İsraili ərəb ölkələrinin təklifini qəbul etməyə səsləyib və deyib ki, İsrailin daha bir dəfə imitina etməsi onun sülh istəmədəyi demək olacaq.

İsrailin baş naziri Ehud Olmert deyib ki, plan müəyyən dəyişikliklər edilməklə, İsrail və müasir ərəb dövlətləri arasında danışqların əsası ola bilər. Lakin ərəb ölkələrinin xarici işlər nazirləri 2002-ci ildə irəli sürülmüş təşəbbüslərə dəyişikliklər etməyi planlaşdırmırlar.

Dünən Qüdsdə olan dövlət katibi Kondolizza Rays ərəb ölkələrini İsraillə təmasda olmağa çağırıb.

XS
SM
MD
LG