Accessibility links

Iraqa yeni səfir təyin edildi


Amerika Birləşmiş Ştatlarının İraqa səfir təyin edilən Rayan Kroker and içərək vəzifəsinə başlayır. 57 yaşlı sabiq səfir Zalmay Xəlilzadı əvəz edən səfir Kroker İraqın baş naziri Nuri Əl-Maliki hökumətini ölkədə birlik yaradılması üçün lazımi addımlar atılmasına çağırıb. Ərəb dilində təmiz danışan səfir Kroker ABŞ səfirliyinin iraqlı işçilərinə təşəkkürünü bildirərək, onları ölkələrinin əsl qəhrəmanları adlandırıb. Səddam Hüseynin keçmiş Respublika sarayında yerləşən Amerika səfirliyində təşkil edilən mərasimdə İraqdakı hərbi qüvvələrin komandanı general Deyvid Petraus iştirak edib. Qonaqlar arasında ABŞ-ın ərəb və Yaxın Şərq ölkələrindəki səfirləri də olub.
XS
SM
MD
LG