Accessibility links

Avropa Birliyi Fələstinin yeni hökuməti ilə əlaqələr barədə müzakirələr aparır


Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirlərinin Almaniyanın Bremen şəhərində Yaxın Şərq sülh prosesi barədə keçirdiyi və iki gün davam edən qeyri- rəsmi görüşü başa çatıb. Onlar Fələstinin Birlik hökumətiylə nə şəkildə əlaqə saxlamaq və keçən həftə Ərəb Liqasının sammitində yenidən təklif olunan sülh təşəbbüsünü necə himayə etmək məsələlərini müzakirə ediblər.

Diplomatlara istinadən verilən xəbərlərə görə, çox güman ki, Avropa Həmasın rəhbərlik etdiyiFələstin hökumətinə baykotu davam etdirəcək, lakin başqa addımlar atmasından öncə hökumət daxilindəki mötədil qruplarla əlaqəni davam etdirəcək.

XS
SM
MD
LG