Accessibility links

Dövrümüzün ən böyük ticarət sazişi barədə razılıq əldə edildi


ABŞ və Cənubi Koreya rəsmiləri azad ticarət sahəsində dünyada ən böyük razılıq əldə ediblər. Razılıqla bağlı sənəd bu gün Seulda 10 ay davam edən müzakirələrdən sonra yekunlaşdırılıb. Cənubi Koreya və Amerika qanunvericiləri tərəfindən razılıq təsdiq edilsə, ölkələr arasındakı ticarət dövriyyəsindəki bütün malların tarifləri ya ixtisar, ya da tammailə ləğv ediləcək. ABŞ prezidenti Corc Buş artıq razılıqla bağlı ABŞ Konresini yazılı şəkildə xəbərdar edib.

XS
SM
MD
LG