Accessibility links

Toni Bleyr: Iki gün göstəriləcək səylər xüsusi əhəmiyyət kəsb edir


Britaniyanın baş naziti Toni Bleyr bildirib ki, İranın nəzarət altında saxladığı 15 hərbi dənizçinin azadlığa buraxılması üçün gələn iki gün ərzində göstəriləcək səylər xüsusi əhəmiyyət kəsb edir. O, Şotlandiya radiosuna verdiyi müsahibəsində deyib ki, əgər müzakirələrdən bir nəticə əldə edilməsə, çətin bir qərar verməli olacaq.

İranın Milli Təhlükəsizliyinə rəhbərlik edən Əli Laricani isə deyib ki, məsələ ilə əlaqədar müzakirələrə başlanılıb. İranın vitse-prezidenti Pərviz Davudi isə bildirib ki, London Britaniya dənizçilərinin İranın ərazi sularına qeyri-qanuni olaraq daxil olduğu ilə razılaşsa və bunun bir daha baş verməyəcəyi barədə zəmanət versə böhran həll edilə bilər. Britaniya isə dənizçilərin İraqın ərazi sularında olduğunu deyir.

XS
SM
MD
LG