ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Suriya prezidenti Bəşar Əssədlə görüşü Ağ Ev tərəfindən tənqidlərlə qarşılanıb. Belə ki, Amerikanın Buş administrasiyasının terrorçulara dəstək hesab etdiyi Suriyanın təcrid edilməsi səyləri kölgə altına alınır. Qeyd edək ki, Konqres üzvlərinin müşayiət etdiyi xanım Pelosi prezident Əssədlə görüşməzdən əvvəl Suriyanın xarici işlər naziri Valid Əl-Müəllim və vitse-prezidenti Faruk Əl-Şəraa ilə danışıqlar keçirmişdi. Kaliforniya ştatından demokratlar Buş administrasiyasının tənqidlərini rədd edərək, Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Syriya görüşlərini Əssəd hökuməti ilə diqloq yaradılması və hökumətin mövqeyinə dəyişiklik gətirilməsi səyləri kimi qiymətləndirib. ABŞ prezidenti Corc Buş xanım Pelosinin səfərini Əssəd hökumətinin olmadığı halda, beynəlxalq aləmdə əhəmiyyətinin artırılması kimi qələmə verib.