Accessibility links

Prezident Buş kompromizə getmək niyyətində deyil


ABŞ prezidenti Corc Buş İraqdakı qüvvələrin vəsaitlə təmin edilməsi ilə bağlı sənədə veto qoyacağı vədinə əməl edəcəyini bildirir. Qeyd edək ki, prezident İraq və Əfqanıstandakı hərbi əməliyyatlarla bağlı bəyanat verərkən demişdi ki, Konqresdə İraq və Əfqanıstandakı qüvvələrin maliyyələşdirilməsini nəzərdə tutan və heç bir şərt irəli sürməyən qanun layihəsinin təsdiq edilməməsi qüvvələrin cəbhə xətlərində gözlənildiyindən daha artıq qalması demək ola bilər. O, bunun yalnız qüvvələrin zərərinə olacağını bildirib. Corc Buş ordu generalının məktubunu konqresə göndərib. Məktubda deyilir ki, vəsaitlərlə bağlı qanun layihəsi aprel ayınadək təsdiq edilməsə, bu, hərbi qulluqçular və onların ailələrinin vəziyyətini ağırlaşdıracaq. Demokratlar isə prezidenti Amerika xalqına yanlış məlumat verməkdə günahlandırır. Onlar gələn üç ayın fondlarda nəzərdə tutulmadığını bildirir. Senator Harri Rid deyib ki, prezidentin qüvvələrin vəsaitinin tükəndiyini deməsi həqiqətə uyğun deyil. Demokrat senator Hillari Klinton prezidenti əməkdaşlığa səsləyərək, Amerika xalqının istəyinə veto qoymamağa çağırıb. Prezident isə kompromizə getmək niyyəti olmadığı nümayiş etdirir.

XS
SM
MD
LG