Accessibility links

Həmid Karzai ölkədə Taliban militantları ilə görüşüb


Əfqanıstan prezidenti Həmid Karzai ölkədə milli barışığa nail olmaq məqsədilə Taliban militantları ilə görüşüb. Paytaxt kabildə keçirdiyi mətbuat konfransında cənab Karzai deyib ki, Taliban hərəkatının nümayəndələri artıq bir müddətdir ki, Əfqan hökumətinin üzvləri ilə təmasdadırlar.

Lakin o, əlavə detal açıqlamayıb. Cənab Karzai deyib ki, Əfqan talibanları vətənlərinə qayıda bilər, lakin xarici militantlara ölkədə yer yoxdur. Cənab Karzai həmçinin Əfqan və ya xarici vətəndaşların azad edilməsi üçün bir daha Talibanlarla sövdələşməyə getməyəcəyini bildirib. Bu günlərdə İtaliyalı jurnalisti Taliban əsirləri ilə əvəzlədiyinə görə Kabil hökuməti tənqidlərlə üzləşib.

XS
SM
MD
LG