Accessibility links

Pakistanda şiələrlə sünnilər arasında toqquşmalar davam edir


Pakistan rəsmilərinin bildirdiyinə görə, artıq üçüncü gündür ki, ölkənin şimal-şərqindəki sərhəd zonasında sünnilərlə şiələr arasında toqquşmalar davam edir. Pakistanın qəbilələr yaşayan regionunun başçısı Sahibzadə Məhəmməd Anis qarşıdurmalar nəticəsində ölənlərin sayının 15-ə çatdığını və bir çox insanın yaralandığını bildirib. Dünən isə digər bir rəsmi ölənlərin sayının 40-a çatdığını demişdi. Rəsmilər qəbilə başçılarının zorakılıqları dayandırmağa və danışıqlara başlamağa çalışdıqları deyirlər.

Ən ağır toqquşma cümə günü Kurram regionunun Paraçınar yaşayış məntəqəsində baş verib. Atışmalar həmin əraziyə hökumət qüvvələrinin və hərbi vertolyotların gəlməsindən sonra səngimişdir.

XS
SM
MD
LG