Accessibility links

Fələstin yaraqlıları İsrail əsgərini dustaqlara dəyişmək istəyir


Qəzza yaraqlılarının ələ keçirdikləri İsrail əsgərini fələstinli dustaqlara dəyişməsini istədiklərinə görə, İsrail rəsmiləri yüzlərlə dustağın adı olan siyahını nəzərdən keçirirlər. İsrail deyib ki, giziri Gilad Şalitin azad edilməsi İsrail-Fələstin sülh danışıqlarında irəliləyiş olardı.

Fələstinin İnformasiya naziri Mustafa Barquti dünən dustaqların adları olan siyahını İsrailə çatdırmaq üçün misirli vasitəçilərə verildiyini bildirib və əlavə edib ki, bundan sonra atılacaq addımlar İsraildən asılıdır. Fələstin prezidenti Mahmud Abbas isə cümə günü Fransa televiziyasına verdiyi müsahibəsində yaraqlıların İsrail gizirini tezliklə azad edəcəklərini deyib.

Bunlarla yanaşı bildirilir ki, bu gün Qərb Sahilinin Hebron şəhərində fələstinlilər tərəfindən iki İsrail polisinə bıçaqla edilən hücumdan sonra, İsrailin təhlükəsizlik qüvvələri bir fələstinlini yaralayıb.

XS
SM
MD
LG