Accessibility links

Yaponiyada qubernator seçkiləri keçirilib


Yaponiyada millətçi qubernator Şintaro İşihara paytaxt Tokyoda üçüncü dönəm ofisə seçilib. İşihara bazar günü seçkilərində yarışan 13 qubernatordan biri idi. 74 yaşlı siyasətçi müstəqildir, lakin o, Liberal Demokrat partiyasından baş nazir Şinzo Abenin dəstəyinə malik idi. Onun yaxın rəqibi müxalifətdə olan islahat yönümlü Demokrat Partiyasının təmsilçisi Şiro Asano idi.

Yaponiyanın başqa 12 quberniyasında da seçkilər keçirilib. Siyasi təhlilçilər deyirlər ki, bu nəticələr iyulda keçiriləcək parlament seçkilərində cənab Abeyə Yapon millətinin münasibətini əks etdirəcək.

XS
SM
MD
LG