Accessibility links

Nəcəfdə Amerika əleyhinə nümayiş keçirilib


Bu gün İraq şiələrinin müqəddəs şəhəri Nəcəfdə Bağdadın ABŞ qüvvələri tərəfindən tutulmasının 4-cü ildönümü münasibətilə minlərlə iraqlının iştirakı ilə Amerika əleyhinə nümayiş keçirilib. Əllərində İraq bayraqları dalğalandıran nümayişçilər “ İşğalçılar rədd olun!” “Rədd olsun Buş, rədd olsun Amerika,” -deyə qışqırmışlar.

Nəcəf və Kufə şəhərlərinə Bağdaddan və digər bölgələrdən gəlmiş insanlar radikal şiə ruhanisi Möqtəda Əl-Sədri alqışlayaraq, ABŞ qüvvələrinin İraqı tərk etməsini tələb ediblər. Qeyd edək ki, dünən Müqtəda Əl-Sədr iraqlıları Amerikanın ölkədəki mövcudluğuna etiraz etməyə çağırmış, İraqın təhlükəsizlik qüvvələrinin Amerika hərbiçiləri ilə əmkdaşlığına son qoyulmasına səsləmişdi.

Bu gün İraq hərbi qüvvələri və polis şəhər ətrafında nəzarəti artırmış və səhər saat 5-dən etibarən bütün İraq boyu maşınların hərəkətlərinə məhdudiyyət qoymuşdur.

Moqtəda Əl Sədr günortaya qədər nümayişdə iştirak etmədiyinə görə, Birləşmiş Ştatlar rəsmiləri onun İrana qaçdığını demişlər. Lakin Sədrin köməkçiləri bu xəbəri təkzib etmiş və onun İraqda olduğunu bildirmişlər.

Belə bir yürüşün keçirilməsinə çağıran digər şiə ruhanisi Əbdul Hadi Avi deyib ki, “ən axırıncı Amerika əsgəri onun ölkəsindən çıxmalı və İraq işğalçılardan azad olmalıdır”.

XS
SM
MD
LG