Accessibility links

Pakistanın Turizm nazirinə qarşı fitva elan edilib


Pakistanın radikal məscidinin lideri xarici bir kişi ilə qucaqlaşaraq şəkil çəkdirdiyinə görə turizm naziri Nilufər Bəxtiyara qarşı fitva elan edib. Fitva nazirin Fransada 2005-ci il Pakistnda baş verən zəlzələnin qurbanlarına maliyyə vəsaiti toplanması ilə bağlı deltaplan tədbiri zamanı çəkdirdiyi şəkillərin qəzetlərdə dərc edilməsindən sonra verilib. Qırmızı məscidin dini xadimləri İslam şəriəti məhkəməsinin təsisinə çağırıb. Onlar hökumət əməkdaşlıq etmədiyi təqdirdə, kamikadze hücumları barədə hədə-qorxu gəliblər. Ruhanilər hökumətdən qadın nazirin vəzifəsindən kənarlaşdırılması ilə yanaşı onun cəzalandırılmasını istəyirlər.

XS
SM
MD
LG