Accessibility links

ABŞ İraqın parlament binasına edilən hücumu qınayıb


Birləşimiş Ştatlar İraqın parlament biniasında intihar hücumunu pisləyərək bildirir ki, bu, ölkəyə sülh və sabitliyin gətirilməsi səylərinə mane olmağa çalışan terrorçuların əməlidir. Prezident Buş deyib ki, ABŞ İraqla çiyin-çiyinə dayanıb, demokratiyanın güclənməsi və ölkənin özünü müdafiə etməsinə kömək etməyə davam edəcək.

Dövlət katibi Kondoliza Rays deyib ki, hücum onu göstərir ki, terrorçular İraq xalqının demokratiya arzularını məhv etmək əzmindədir. Xanım Rays bu açıqlamanı keçən ay İraqa səfər etmiş senator Con Makkeynlə görüşündən sonra verib.

Respubliaçılar Partiyasından prezident seçkilərində namizədliyini irəli sürmüş cənab Makkeyn Bağdadın “Yaşıl zona”sında daha ciddi hücumların olacağını qabaqcadan söyləmişdi.

XS
SM
MD
LG