Accessibility links

Türkiyə islamçı qüvvələrin təhlükəsi altındadır


Türkiyə prezidenti Əhməd Necdet Sezer ölkənin dünyəviçi sisteminin islamçı qüvvələrin təhlükəsi altında olduğunu bildirib. Prezidentlik müddəti may ayının 16-da başa çatacaq Əhməd Necdet Sezer deyib ki, dinin siyasətə qatılması sosial gəriginliklərin artmasına səbəb olub. Dünyəviçilər baş nazir Rəcəb Teyyub Ərdoğanın partiyasının əksəriyyət təşkil etdiyi parlamentin dünyəviçi prezidentin yerinə islamçı namizəd seçəcəyindən ehtiyat edir. Onlar baş nazir Ərdoğanı dinin dövlətdən ayrılması qanununa riayət etməməkdə günahlandırır.

XS
SM
MD
LG