Accessibility links

Cənubi Koreya İraqdakı qüvvələrini geri çəkməyi planlaşdırır


Cənubi Koreyanın Müdafiə Nazirliyinin bildirdiyinə görə, iyun ayının sonunadək İraqdakı qüvvələrini tamamilə o ölkədən çıxarmağı planlaşdırır. Nazirlik planın parlamentə təqdim ediləcəyini bildirib. Dünən İraqın baş naziri Nuri Əl-Maliki Seulda demişdi ki, Cənubi Koreya qüvvələrin ixtisarına gələn ay, İraqın təhlükəsizlik qüvvələrinin şimal Kürdüstan bölgəsində nəzarəti əlinə aldıqdan sonra başlayacaq. Qeyd edək ki, Cənubi Koreya 2004-cü ildə ABŞ və Britaniyadan sonra İraqa ən böyük hərbi kontingent göndərən ölkədir. Cənubi Koreyanın İraqdakı qüvvələrinin sayı 3600-ə yaxındır.

XS
SM
MD
LG