Accessibility links

Türkiyənin baş nazirinə qarşı etiraz nümayişi keçirilib


Bu gün Türkiyənin paytaxtı Ankara şəhərində 300 000-dən artıq dünyəviçi türkün iştirakı ilə baş nazir Rəcəb Teyyib Ərdoğana qarşı etiraz nümayişi təşkil edilib. Onları gələn ay prezidentliyə nazmidəliyini irəli sürən keçmiş İslamçı Ərdoğanın qələbə əldə etdiyi təqdirdə, parlamentin İslam qanunlarını tətbiq edəcəyindən ehtiyat edirlər. Ərdoğan isə heç bir İslamçı gündəliyə malik olmadığını, keçmişi ilə bütün əlaqələrini kəsdiyini və hazırda mühafizəkar demokrat olduğunu bidlirib.

Dünən Türkiyə prezidenti Əhməd Necdet Sezer ölkənin İslamçı qüvvələrin təhlükəsi altında oldğunu demişdi.

XS
SM
MD
LG