Accessibility links

Sankt Peterburqda polis və nümayişçilər arasında toqquşma olub


Sank Peterburqda Kreml əleyhinə nümayişin sonunda polis və müxalifət tərəfdarları arasında toqquşma olub. Bu, Moskvada polisin eyni tipli yürüşü dağıtması və prezident Vladimir Putinin hakimyyətinə etiraz edən 200 nəfərə yaxın nümayişçini həbs etməsindən bir gün sonra baş verir. Sank Peterburqda rəsmilərin sanksiyalaşdırdığı yürüşdən sonra toqquşmaya nəyin səbəb olduğu hələlik aydın deyil. Televiziyada polisin yürüşün sonunda yaxınlıqdakı hökumət binasına yönələn yüzlərlə insanın qarşısını aldığı göstərilib. Etiraz nümayişi Putin əleyhinə koalisiya olan “Druqaya Rossiya” tərəfindən təşkil edilmiş yürüşlərin bir hissəsidir. Koalisiyanın liderləri Vladimir Putini və onun tərəfdarlarını hakimiyyəti monopoliyalaşdırmaqda ittiham edir.
XS
SM
MD
LG