Accessibility links

Vaşinqton Şimali Koreyanın nüvə obyektinin bağlanması üçün möhlətə əməl etməməsindən narazıdır


ABŞ-ın Şimali Koreya ilə nüvə danışıqlarında nümayəndəsi Pxenyanın əsas nüvə obyektini şənbə günü bağlayacağı haqda vədinə əməl etmədiyinə görə Vaşinqtonun narazılığını dilə gətirib. ABŞ Dövlət katibinin yardımçısı Kristofer Hill bu gün Pekində bildirib ki, Şimali Koreya növbəti addımı atmalı və BMT nüvə müfəttişlərini ölkəyə buraxmalıdır. Hill deyib ki, ABŞ dondurulmuş vəsaitlərin Şimali Koreyaya qaytarılmasına hazır olduğu haqda məlumat verib. Onun dediyinə görə, Şimali Koreyanın 25 milyon dollar pulu nəyə görə götürmədiyi aydın deyil. Rəsmi Pxenyan fevral razılığına yalnız vəsaitlərin verildiyi təqdirdə əməl edəcəyini bildirib.
XS
SM
MD
LG