Accessibility links

ABŞ Müdafiə naziri Yaxın Şərq səfərinə başlayıb


Birləşmiş Ştatların Müdafiə naziri Robert Geyts İranın regionda nüfuzunu balanslaşdırmaq və İraq hökumətinə dəstək vermək məqsədilə Yaxın Şərq ölkələrinə səfərə başlayaraq bu gün İordaniya paytaxtı Ammana gəlib. Robert Geytsin İsrail və Misrə də səfər edəcəyi gözlənilir. ABŞ Müdaifə naziri müxbirlərə deyib ki, o, İordaniya rəsmilərilə İraq və Livanda vəziyyət və İsrail-Fələstin sülh prosesini müzakirə etməyə hazırlaşır. Robert Geyts İordaniyanın ABŞ-ın güclü müttəfiqi olduğunu da bəyan edib.
XS
SM
MD
LG