Bu gün Əfqanıstanın cənubunda yol kənarına yerləşdirilmiş bomba partlayışı nəticəsində BMT-nin maşını partlamış və 5 nəfər həlak olmuşdur. BMT həlak olanların dördünün Nepaldan kontrakt işçiləri, beşincinin isə Əfqan sürücü olduğunu bildirir.
Qəndəharda baş verən hücumun məsuliyyətini Taliban üzərinə götürüb. BMT sözçüsü Alim Siddiqi dinc əhaliyə qarşı bu hücumun humanitar qanunlara zidd olduğunu deyib.
Digər bir məlumatda isə bildirlir ki, Herat şəhərindəki məktəb yaxınlığında baş verən bomba hücumu 4 uşağın ölümünə səbəb olub.