Accessibility links

Malatyada qətl


Türkiyə rəsmiləri İncil kitablarının nəşri ilə məşğul olan mətbəədə bü gün 3 nəfərin qətlə yetirildiyini bildirib.

Verilən məlumata görə, Malatya şəhərindəki Zirvə mətbəəsində hücumçülar 3 nəfərin boğazını bıçaqla kəsib. Dördüncü şəxs pəncərədən tullanıb qaçmağa cəhd edərkən xəsarət alıb.

Naşir əvvəllər də İncil kitabı nəşr etdiyinə görə hədələrlə üzləşmişdi. Rəsmilər polisin hücumla bağlı bir neçə nəfəri istintaq etdiyini bildirir.

XS
SM
MD
LG