Accessibility links

Bağdadda bomba partlayışlarında 165-dən çox adam həlak olub


İraq təhlükəsizlik qüvvələrinin rəsmilərinin bildirdiyinə görə, bu gün Bağdadın əsas etibarilə şiələrin yaşadığı hissələrində bomba partlayışlarında 165-dən çox adam həlak olub. Bağdadın mərkəzi hissəsində izdihamlı bazarda maşına yerləşdirilmiş bombanın partlaması 112 adamın həlak olması ilə nəticələnib. Bundan bir neçə saat əvvəl Sədr şiə məhəlləsində maşına yerləşdirilmiş bombanın partlaması 30 nəfərin ölümünə səbəb olub. Kərradah rayonunda isə intiharçının hücumu nəticəsində 10 adam, şəhərdə baş vermiş müxtəlif hücumlarda daha beş adam həlak olub.
Bu gün Britaniya hərbi qüvvələri cənubda yerləşən Maysan vilayətinin nəzarətini İraq qüvvələrinə təhvil veriblər.
ABŞ hərbi qüvvələri koalisiya əsgərlərinin paytaxt Bağdaddan qərbdə Əl Ənbər vilayətində əməliyyat zamanı beş terrorçunu qətlə yetirdiyini, terrorçuluqda şübhələnilənə 30-dan çox adamı həbs etdiyini bildirib.
XS
SM
MD
LG