Accessibility links

Fransada prezident seçkiləridir


Fransız seçiciləri Jak Şirakın 12 illik prezidentliyinə son qoyacaq seçkilərdə rekord fəallıq nümayiş etdiriblər. Rəsmilər seçki məntəqələri bağlanmazdan 3 saat əvvəl 44.5 milyon seçicinin 74 faizinin səsvermədə iştirak etdiyini bildirib.

Rəy sorğuları kampaniya boyu sağ yönümlü lider Nikola Sarkozinin sosialist Seqolen Royala və digər 10 namizədə üstün gəldiyini göstərir. Lakin eyni sorğuların nəticələrinə əsasən, elektoratın üçdə biri mərkəzçi Fransua Baro və ultra sagyönümlü namizəd Jan Mari Le Penin arasında seçimini edə bilməyənlərdir.

Əgər bu gün keçirilən seçkilərdə səs çoxluğunu heç kim almasa, iki əsas namizəd mayın 6-da keçiriləcək ikinci turda qarşılaşmalı olacaq. Kampaniyanın əsas mövzuları işsizlik və miqrasiya siyasətidir.

XS
SM
MD
LG