Accessibility links

22 Aprel Beynəlxalq yer günüdür


Bütün dünyada ətraf mühit mühafizəçiləri və hökumətlər bu günü beynəlxalq Yer günü kimi qeyd edirlər. Bu günlə bağlı tədbirlər təbiətin mühafizəsi və qlobal istiləşmə haqqında təbliğatla bağlıdır.

Yer Günü Şəbəkəsi adlı təşkilat 170-dən artıq ölkədə bu gün keçirilən tədbirlərdə 100 milyonlarla adamın iştirak etdiyini deyir. Ağ Evdən verilən məlumata görə, ABŞ hökumət rəsmiləri parkların təmizlənməsi, ağac əkilməsi, uşaqlar üçün ekologiya mövzusunda seminarlar kimi tədbirlərdə iştirak edir.

Şəbəkə tullantılar üzrə lider olan Birləşmiş Ştatların qlobal istiləşmə əleyhinə gecikmədən addım atmalı olduğunu deyir.

XS
SM
MD
LG