Türkiyənin xarici işlər naziri Abdulla Gül Ədalət və İnkişaf partiyasından prezidentliyə namizəd göstərilib. Baş nazir Reçep Tayyip Ərdoğan tərəfindən bu açıqlama bu gün verilib. Prezident seçkilərinin ilk raundu cümə günü keçirilməlidir. Nüfuzlu diplomat Abdulla Gülün namizədliyinin irəli sürülməsi kompromis mahiyyəti daşıyır. Belə ki, baş nazir islamçı keçmişinə görə, prezidentliyə mümkün namizəd kimi ölkə dünyəviçilərinin təzyiqləri altında idi. Reçep Tayyip Ərdoğan isə islamçı keçmişi ilə bütün əlaqələrini kəsdiyini və heç bir dini gündəliyə malik olmadığını bilririr. Hazırkı prezident Sezerin hakimiyyət müddəti may ayının 16-da başa çatır.