Accessibility links

Ermənistanda anım mərasimi keçirilib


Ermənistanda 1915-ci il hadisələrinin 92-ci ildönümü münasibətilə mərasim keçirilib. Mərasim iştirakçıları Yerevandakı abidə önünə əklil vç çiçək dəstələri qoyub. Ermənistan 1915-ci ildə Osmanlı İmperatorluğu dövründə 1.5 milyon erməninin türklər tərəfindən kütləvi şəkildə qətlə yetirildiyini iddia edir. Türkiyə bu iddianı qəti şəkildə rədd edir. Türkiyə Avropa Birliyinə üzv olmağa çalışdığı bir vaxt 1915-ci il hadisələrini soyqırım kimi tanıması üçün beynəlxalq təzyiqlərə məruz qalıb. Fransa və İsveçrə də daxil edilməklə, bir neçə Avropa ölkəsi hadisəni soyqırım kimi tanıyır. Birləşmiş Ştatlar həmin hadisələri qətliam olaraq qəbul edir. Bu gün ABŞ prezidenti Corc Buş 24 aprel münasibətilə bəyanat verib. O, bəyanatında bir milyon yarım erməninin qətliam və sürgün nəticəsində həlak olduğunu deyib. ABŞ prezidenti söyləyib ki, keçmişi xatırlamaqla, parlaq gələcəyə baxmaq lazımdır. Prezident Buş bəyanatında soyqırım sözünü işlətməyib. O bildirib ki, tarixi hadisələrin dəqiq araşdırılması Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşdırılmasına çalışanların işinin mühüm bir hissəsisidir. ABŞ prezidenti Amerikanın Dağlıq Qarabağ probleminin nizamlanması sahəsində Azərbaycan və Ermənistanla əməkdaşlığə davam etdirəcəyini deyib.

XS
SM
MD
LG