Accessibility links

ABŞ Nümayəndələr Palatası fövqəladə hərbi xərclər büdcəsini müzakirə edir


ABŞ Nümayəndələr Palatasının qanunvericiləri bu gün ABŞ qoşunlarının İraqdan çıxarılması vaxtını təyin edən fövqəladə hərbi xərclər büdcəsi üzrə debatlara başlayıb.

Layihə hərbi əməliyyatlar üçün 124 milyard dollar ayırmaqla yanaşı, ABŞ qoşunlarının İraqdan 2008-ci ilin Aprelinə qədər çıxarılması üzrə tövsiyyəni ehtiva edir.

Həmin qanun layihəsi İraqda təhlükəsizliyin təmin olunması üzrə bu ölkənin hökumətinin gördüyü işləri qiymətləndirmək üçün çərçivələr müəyyən edir.

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi deyib ki, səsvermə ilk dəfə olaraq cənab Buşun müharibəyə görə məsuliyyətini müəyyənləşdirəcək.

Elə bu arada ABŞ qoşunlarının İraqdakı komandanı, ordu generalı Devid Petraus qanunvericiləri İraqdakı qoşunlara daha çox vaxt ayırmağa təşviq etmək üçün Konqresə gəlib.

XS
SM
MD
LG