Accessibility links

Əfqan qubernatoru Qəzni vilayətindəki rayon üzərində nəzarətin bərpa olunduğunu bildirib


Əfqan qubernatoru Qəzni vilayətindəki bir rayon üzərində Taliban yaraqlıları ilə döyüşdə itirilmiş nəzarətin bərpa olunduğunu bildirib. Amerikanın səsinə müsahibəsində Qəzninin qubernatoru Miracuddin Patan yaraqlılarla döyüşə yüz əfqan əsgərinin göndərildiyini deyib. Taliban yaraqlıları Qəzni əyalətində regionun baş inzibatçısı, yerli polis rəhbəri və bir neçə polisi öldürülüblər.

Xost vilayətində isə bir müstəntiq və onun qardaşı naməlum silahlılar tərəfindən öldürülüb. Bu gün həmçinin Herat vilayətində ABŞ koalisiya qüvvələri ilə Taliban yaraqlıları arasında toqquşma zamanı bir ABŞ əsgəri və yaraqlı olmaqda şübhəli bilinən bir neçə nəfər öldürülüb.

XS
SM
MD
LG