Fransa rəsmiləri Əfqanıstanda Taleban tərəfindən girov saxlanılan iki yardım işçisindən birinin azadlığa buraxıldığını təsdiq edib. Xarici İşlər Nazirliyinin bəyanatında onlardan hansının azad edildiyi barədə məlumat verilmir. Lakin Taleban sözçüsünün dediyinə görə, Selin adlı qadın xoş niyyət əlaməti olaraq azad edilib. Xatırladaq ki, aprel ayının 3-də Taleban yaraqlıları bir fransız qadın və kişi, habelə onların 3 əfqan həmkarını girov götürmüşdü.