Accessibility links

Çinli girovlar azad edildi


Efiopiyanın qiyamçı qrupu neft mədəninə hücum zamanı girov götürdüyü yeddi çinli fəhləni azad edib.

Oqaden Milli Azadlıq Cəbhəsinin sözçüsü girovların bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinə təhvil verildiyini deyib.

Qırmızı Xaç Komitəsinin Efiopiyadakı rəsmiləri təhvil-təslimin baş verdiyini təsdiqləsələr də, detallara varmayıblar.

Qiyamçıların Londondakı sözçüsü Əbdülrəhman Mehdi reyd zamanı ələ keçirilən 2 afrikalının da azad edildiyini deyib.

Neft mədəninə çərşənbə axşamı baş verən hücum zamanı 9 çinli və 65 efiopiyalı qətlə yetirilmişdi.

Qiyamçı qrup 1984-cü ildən bəri Efiopiyanın Oqaden rayonunun müstəqilliyi tələbi ilə mübarizə aparır.

XS
SM
MD
LG