Accessibility links

Mart ayının 1-dən 16 İraq komandiri işdən azad olunub


İraqın baş naziri Nuri Əl Maliki hərbi hissələr və polisdə şiə yaraqlılara qarşı döyüşlərə görə komandirləri vəzifələrindən azad edir. Vaşınqton Post qəzetinin bu gün dərc etdiyi məlumatında bildirilir ki, Birləşmiş Ştatlar ordusunun sənədlərinə əsasən mart ayının 1-dən bəri 16 İraq komandiri işdən azad edilib və bunlardan azı doqquzu sünni müsəlmandır.

Vaşınqton Postun yazdığına görə, bəzi zabitlərin vəzifələrindən kənarlaşdırılmasına kifayət qədər əsas olub. Lakin onların arasında yaxşı komandirlərin olduğu da deyilir.

Digər bir məlumatda isə bildirilir ki, İraqda bu gün baş verən bir sıra hücumlar nəticəsində 11 adam öldürülüb. Bağddadın qərb bölgəsində bomba yerləşdirilmiş maşının polis yoxlanış məntəqəsinə dəyməsi ilə 4 adam həlak olub. Şəhərin başqa yerlərində həyata keçirilən hücumlar mülki vətəndaşın ölümünə səbəb olub.

İraq rəsmilərinin bildirdiyinə görə, Səddam Hüseyn ordusunun sabiq generallarında biri silahlı şəxslər tərəfindən qətlə yetirilib.

Şimaldakı Mosul şəhərində polis idarəsi hücuma məruz qalıb və maşına yerləşdirilmiş digər bomba partyaışı bir polis işçisinin ölümü ilə nəticələnib.

XS
SM
MD
LG