Accessibility links

Yanukoviç tərəfdarları prezident seçkiləri tələb edir


Ukrayna qanunvericiləri prezident və parlament seçkilərinin birgə keçirilməsi barədə qətnamə qəbul ediblər.

Tövsiyyə xarakterli sənəd erkən prezident seçkilərinin keçirilməsinə imkan verən konstitusiya dəyişikliklərinin qəbuluna çağırır. Sənəddə həmçinin seçkilərin dekabrın 9-dan gec olmayaraq keçirilməsi təklif edilir.

Bugünkü səsvermədə iştirak edən bütün deputatlar baş nazir Viktor Yanukoviçin tərəfdarları idi.

Baş nazirin opponenti prezident Viktor Yuşşenko parlamentin buraxılması və Mayda yeni seçkilərin keçirilməsi barədə fərman verib. Lakin baş nazirin tərəfdarlarının səsvermə üçün maliyyə vəsaiti ayırmaqdan imtina etməsi nəticəsində seçkinin vaxtı iyunun 24-ə keçirilib.

XS
SM
MD
LG