Accessibility links

ABŞ prezidenti iqtisadi sammitə ev sahibliyi edir


Bu gün ABŞ prezidenti Corc Buş Ağ Evdə Avropa İttifaqının nümayəndələri və qurumun hazırki prezidenti Almaniya kansleri Ancela Merkel, Avropa Komissiyasının sədri Hose Barrosonun iştirakı ilə iqtisadi sammitə ev sahibliyi edir. Sammitin gündəliyində qlobal iqlim dəyişikliyi məsələsi yer alsa da, mühüm nailiyyət əldə ediləcəyi gözlənilmir. Belə ki, prezident Buş ABŞ-ın istixana qazlarının məhdudlaşdırılması səylərinə qoşulmayacağını bildirib. Sammit zamanı İranın nüvə proqramı, Trans-Atlantik təhlükəsizlik kimi məsələlərin də müzakirə edildiyi bildirilir. Xatırladaq ki, keçən ay Avropa İttifaqına üzv 27 ölkə Avropada istixana qazlarının 2020-ci ilədək 20 faiz azaldılması barədə razılıq əldə edib.

XS
SM
MD
LG