Accessibility links

Kondolizza Rays İraqın borclarının ixtisarının vacibliyini vurğulayıb


ABŞ dövlət katibi Kondolizza Rays deyib ki, İraqın sabitliyi bütöv dünyanın marağındadır. Xanım Rays 2006-ci ilin iyun ayında BMT və İraq hökuməti arasında əldə edilən beynəlxalq sazişə güclü dəstək verdiyini deyib. O, İraqın Səddam Hüseyn dövründən qalmış borclarının ixtisarının vacibliyini vurğulayıb. İraqın baş naziri Nuri Əl-Maliki deyib ki, borcların bağışlanması ilə İraq yenidərqurma layihələrini həyata keçirə bilər.

BMT-nin baş katibi Ban Ki Mun Paris Klubunun üzvləri də daxil edilməklə, İraqın 80% borcunu bağışlayan ölkələrə digərlərinin də qoşulmasına çağırıb. Xatrıladaq ki, İraqın əsasən Səudiyyə Ərəbistanı olmaqla, Küveyt, Rusiya və Cinə olan borcları 50 milyard dollar təşkil edir. Borclar 1980-ci illərdə İrana qarşı müharibə dövründə alınmışdı.

Dövlət katibinin çıxış etdiyi Misrin Qırmızı dəniz sahilindəki Şərm Əl-Şeyx şəhərində təşkil edilən iki günlük İraq sammitində ABŞ, İraq, Rusiya, İran, Çin, Avropa və Ərəb ölkələrinin nümayəndələri iştirak edir.

XS
SM
MD
LG