Accessibility links

Britaniyada yerli seçkilər sürpriz nəticələr verir


Britaniyada keçirilən yerli seçkilərin ilkin nəticələri baş nazir Toni Bleyrin leyborist partiyasının həm İngiltərə, həm də Uelsdə məğlubiyyətini, Şotlandiyada isə müstəqillik tərəfdarlarının üstünlük əldə etdiyini göstərir.

Seçicilər İngiltərə və Şotlandiyada bələdiyyə, habelə Uels və Şotlandiyada parlamentdəki yerləri doldurmaq üçün cümə axşamı səs veriblər. Əsas diqqət Şotlandiyada parlament seçkilərinə yönəlib. Belə ki, Şotlandiya Milli Partiyası parlamentdə çoxluğu əldə edəcəyi təqdirdə müstəqilliyin elan olunması üçün referendum keçirəcəyini deyib.

İngiltərə və Uelsdə isə torilərin üstünlüyü əldə edəcəyi gözlənilir ki, bunun da ümumi seçkilərdən sonra leyboristlərin hakimiyyətdən getməsinə zamin yaratdığı bildirilir.

XS
SM
MD
LG