Accessibility links

ABŞ-ı Rusiyanın Estoniyaya münasibəti narahat edir


ABŞ dövlət katibi Kondoliza Rays Rusiyanın Estoniyaya qarşı diplomatik münasibətindən narahatlığını bildirib. Estoniya hökumətinin bəyanatında bildirilib ki, dövlət katibi Rays prezident Tomas Hendriklə telefon söhbəti zamanı ABŞ-ın Estoniyaya dəstək verdiyini deyib. Dünən NATO da Rusiyanı Estoniyanın Moskvadakı səfirliyinə qarşı təhdidlərə son qoymağa çağırmışdı. Qeyd edək ki, Rusiya və Estoniya arasında diplomatik əlaqələr keçən ay Tallinin mərkəzindəki İkinci Dünya Müharibəsindən sonra ucaldılan Tunc əsgər heykəlinin köçürülməsindən sonra pozulmuşdur.

XS
SM
MD
LG