Accessibility links

Ramadidəki hücumlar 20 nəfərin ölümünə səbəb olub


İraqın Ramadi şəhərində baş verən iki intihar hücumu azı 20 nəfərin ölümünə səbəb olub. Polis bazara və polis yoxlama məntəqəsinə edilən hücumların məsuliyyətini Əl Qaidə təşkilatının üzərinə atıb. Ərazidəki sünnü ərəb qəbilə başçıları terror qrupuna qarşı mübarizə aparmaq üçün İraq qüvvələrinə qoşulublar.

Bu gün baş verən daha bir hücum zamanı Bağdadın cənubunda qısa qülləli topdan açılan atəş nəticəsində 5 nəfər qətlə yetirilib. Bu hücumlar İraqda 9 Amerika əsgərinin ölümünə səbəb olan yol kənarına yerləşdirilmiş bomba partlayışından bir gün sonraya təsadüf edir.

Birləşmiş Ştatların hərbi qüvvələri İraq boyu keçirilən reydlər zamanı İraqdakı Əl-Qaidə təşkilatının lideri də daxil olmaqla, terrorizmdə şübhəli bilinən 15 nəfərin nəzarət altına alındığını bildiriblər.

XS
SM
MD
LG