Accessibility links

Şimali İrlandiyanın nazirlər kabineti təşkil edilir


Son beş ildə ilk dəfə Şimali İrlandiyanın katolik və protestantların birgə hökuməti işinə başlayıb. Şimali İrlandiya Assambleyası nazirlər kabinetinə namizədlər irəli sürməyə başlayıb. Bu gün assambleyanın ilk protestant lideri İan Paisli ilk nazir və İrlandiya Respublika Ordusunun siyasi qanadı Şin Feynin lideri Martin Makqinnes onun müavini kimi and içərək vəzifələrinə başlayıb. Mart ayı seçkilərində Paislinin Demokratik Birlik partiyası parlamentdə yerlərin əksəriyyətini əldə etmişdi. Andiçmə mərasimində Böyük Britaniyanın baş naziri Toni Bleyr və onun irlandiyalı həmkarı Berti Ahern iştirak ediblər.

XS
SM
MD
LG