Accessibility links

Dünyanın altı qüdrətli dövləti İranın nüvə proqramına dair danışıqlar keçirəcək


Rəsmilərin bildirdiyinə görə, dünyanın altı qüdrətli dövləti İranı nüvə fəaliyyətlərini dayandırmasına razı salmqaq üçün bu həftə danışıqlar aparmağa hazırlaşır. Almaniya və BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü olan Amerika Birləşmiş Ştatları, Fransa, Britaniya, Rusiya və Çinin yüksək səviyyəli diplomatları Berlində görüşməyi planlaşdırır. Bu, onların həftə ərzində ikinci görüşü olacaq. Danışıqlar Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Xavyer Solana və İranın nüvə danışıqlarında əsas nümayəndəsi Əli Laricani arasında bu ayın sonu keçiriləcək görüşdən öncə aparılacaq.
XS
SM
MD
LG