Accessibility links

İran rəsmiləri nüvə danışıqlarında əsas vasitəçi olmuş şəxsi azad ediblər


İranın xəbər agentliklərinin verdiyi məlumata görə, keçən həftə detalları açıqlanmayan “təhlükəsizliklə əlaqədar” ittihamlara əsasən həbs edilmiş nüvə danışıqlarında sabiq əsas nümayəndə Hüseyn Musəviyan bu gün azad edilib. Onun təxminən 215 min dollar məbləğində zəmanət haqqı ödəyərək azadlığa buraxıldığı deyilir. İranın kəşfiyyat naziri Qulam Hüseyn Mohseni-ecey deyib ki, Musəviyanın işi ilə əlaqədar daha iki şəxs həbs edilib. “Fars” xəbər agentliyi onlardan birinin zəmanət haqqı ödəyərək azadlığa buraxıldığı haqda məlumat verib. Hüseyn Musəviyan İranın nüvə danışıqlarında baş nümayəndələrdən biri və 2005-ci ildə Ali Milli Təhlükəsizlik şurasının komitəsinin sədri olmuşdur.
XS
SM
MD
LG