Accessibility links

Corc Buş daha bir veto qoya bilər


Ağ evin sözçüsü bildirib ki, ABŞ-ın Nümayəndələr Platasının demokrat liderlərinin müharibə xərcləri ilə bağlı yeni qanun layihəsi prezidentin masasına gələrsə, o, bu qanunu da veto edəcək.

Yeni qanun layihəsində yalnız iyuladək müharibə xərclərinin ödənilməsi nəzərdə tutulur. Təklif edilən layihədə qüvvələrin çıxarılmasına vaxt qoyulmur, İraq və Əfqanıstanda iyul ayınadək xərclərin ödənməsi üçün Pentaqona təqribən 40 milyard dollarlıq vəsait ayrılması nəzərdə tutulur.

Lakin qanun layihəsinə görə, bundan sonra vəsaitin ayrılması üçün ABŞ prezidenti Corc Buşun İraqda siyasi və hərbi baxımdan nailiyyət əldə edildiyini sübuta yetirməsi lazımdır. Keçən həftə ABŞ prezidenti Amerika qüvvələrinin İraqdan çıxarılmasına vaxt qoyan 124 milyard dollarlıq qanun layihəsinə veto qoymuşdu.

XS
SM
MD
LG