Accessibility links

Fələstin təhlükəsizlik planını həyata keçirməyə başlayıb


Fələstinin təhlükəsizlik qüvvələri kabinetin təsdiq etdiyi təhlükəsizlik planına əsasən Qəzza Zolağına yerləşdirilir. Beləliklə, Həmas və Fətah fraksiyalarının zorakılıqlara son qoyulması və koalisya hökumətinin gücləndirilməsi nəzərdə tutulur. Təhlükəsizlik planının həyata keçirilməsi Fətah lideri, Fələstin prezidenti Mahmud Abbasla Həmas fraksiyasından baş nazir İsmayıl Haniyeh arasında keçirilən bir neçə görüşdən sonra başlayıb.

Bu arada isə Fələstinin İnformasiya naziri Mustafa Barqhoti Həmasa məxsus olan televiziya stansiyasının uşaq proqramlarından Mikki Maus kimi xarakterlərin çıxarılmasını İsrail və Birləşmiş Ştatlara qarşı müqavimət kimi qiymətləndirib. İsrail və yəhudi qrupları proqramların nümayişinin dayandırılmasını radikal İslam və anti-semitizmin gücləndirilməsi cəhdləri adlandırır.

XS
SM
MD
LG