Accessibility links

Dik Çeyni İraqdakı hərbi qüvvələr qarşısında çıxış edib


ABŞ-ın vitse-prezidenti Dik Çeyni Buş administrasiyasının İraqdakı qüvvələrin sayının artırılması qərarının missiya üçün həyati əhəmiyyət kəsb etdiyini bildirib. İraqdakı ABŞ qüvvələri qarşısında çxış edən Dik Çeyni Amerikada müharibənin əleyhinə əhval-ruhiyyəyə baxmayaraq, kursun dəyişdirilməyəcəyini deyib.

Vitse-prezident Tıkrit yaxınlığındakı hərbi bazada əsgərlərlə səhər yeməyi yeyib. Gecəni hərbi baza, İraqın keçmiş Hava Qüvvələri Akademiyasında keçirən Dik Çeyninin harada qaldığı əsgərlərlə görüşünədək açıqlanmırdı. Bir həftəlik səfəri zamanı ABŞ-ın vitse-prezidenti Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Misir və İordaniyada olacaq.

XS
SM
MD
LG