Accessibility links

Mücahiddini Xəlq Avropa Birliyini məhkəməyə verib


İran müqavimət qrupu Avropa Birliyini məhkəməyə verərək, İttifaqın təşkilatı terrorçuların qara siyahısından çıxarmasını və 1,4 milyon dollar məbləğində mənəvi zərərin ödəməsini tələb edir.

Bu gün Brüssel şəhərində mətbuat konfransı keçirən İranın Xalq Mücahidləri Təşkilatının vəkilləri məhkəmə qərarının olmasına baxmayaraq, Avropa Birliyinin bu təşkilatı terrorçu təşkilatlar siyahısında saxlamaqda davam etməsindən şikayət ediblər.

Avropa Məhkəməsinin ilk instansiyası keçən dekabr ayında Xalq Mücahidlərinin həımin siyahıda qalmasının əleyhinə qərar qəbul etmişdi. Lakin Avropa Birliyi qərara etiraz edib.

Qrupun siyasi qanadı olan İranın Milli Müqavimət Şurası Birliyin mövqeyini İrana təzyiq məqsədilə izah edir.

XS
SM
MD
LG