Accessibility links

Demokratlar İraqa gondərilən texnikaya ABŞ-ın özündə ehtiyac olduğunu deyir


İstefada olan ABŞ hərbi qüvvələrinin generalı deyib ki, İraqdakı müharibə səbəbindən məhdud olan Milli qvardiya ABŞ icmalarına lazımi yardımı göstərə bilmir.

General Melvin Montano demokratların radio müraciətində deyib ki, may ayında baş vermiş tornado nəticəsində yer üzündən demək olar silinmiş Kanzas ştatının Qrinsburg icmasında yenidənqurma işləri normadan daha çox vaxt tutacaq. Buna səbəb, təmizləmə işlərində tələb olunan avadanlıqların əksəriyyətinin Milli qvardiya tərəfindən İraqda istifadə olunmasıdır.

Bundan əlavə general deyib ki, təbii fəlakət təkrar olunduğu təqdirdə Kanzas ştatının əhalisi lazımi səviyyədə müdafiə oluna bilməyəcək.

XS
SM
MD
LG