Accessibility links

ABŞ-ın vitse-prezidenti Yaxın Şərq səfərinə yekun vurur


İordaniya kralı Abdulla ABŞ-ın vitse-prezidenti Dik Çeynidən Yaxın Şərq sülh prosesinin canlandırılmasına yardım etməsini istəyib. Kralın Aqabadakı tətil iqamətgahında təşkil edilən görüş zamanı İordaniya lideri İsrail və Fəlsətin sülh prosesinin ətalətdən çıxarılmasına çağırıb. Qeyd edək ki, İordaniya İraqda sabitliyin bərqərar edilməsi səyləri çərçivəsində ABŞ-ın vitse-prezidenti Dik Çeyninin Yaxın Şərq səfərinin son dayanacağıdır. Vətəninə dönməzdən əvvəl müxbirlərlə söhbəti zamanı vitse-prezident Amerikanın İraq siyasətinə ərəb liderlərinin dəstəyini əldə etdiyini bildirib. Cənab Çeyni İraq, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində olub.

XS
SM
MD
LG