Accessibility links

Fələstinin daxili işlər naziri istefa verdi


Fələstinin daxili işlər naziri Hani Kavasmeh Qəzzada fraksiyalar arasında sülh sazişinə əməl edilməməsi səbəbi ilə istefa verib. Bu gün müxbirlərlə görüşü zamanı Fələstinin birlik hökumətinin ona tələb olunan səlahiyyəti vermədiyinə görə, o, daxili işlər naziri kimi işləyə bilməyəcəyini deyib. İki ay əvvəl Həmas və Fətah tərəfindən kompromis namizəd kimi daxili işlər naziri təyin edilən Kavasmehin istefası islamçı Həmas və Fətah hərəkatı döyüşçülərinin Qəzza şəhərindəki qarşıdurmasından sonra təsadüf edir. Döyüşlər 6 adamın ölümü, 50-dən artıq insanın yaralanması ilə nəticələnib.

XS
SM
MD
LG