Accessibility links

Hale Esfəndiyari milli təhlükəsizliyə hədə ittihamı ilə üzləşib


İranın Ədliyyə Nazirliyinin sözçüsü Əli Reza Cəmşidinin bildirdiyinə görə, keçən həftə Tehranda nəzarət altına alınan amerikalı Hale Esfəndiyari milli təhlükəsizliyə hədə ittihamı ilə məsuliyyətə cəlb edilib. O, xanım Esfandiyrinin Kəşfiyyat Nazirliyinin göstərişi ilə həbs edildiyini bildirib. Amerika və İranın ikili vətəndaşlığına malik olan Esfandiyari Vaşinqtonda yerləşən Vudro Uilson mərkəzinin Yaxın Şərq proqramının direktorudur. Mərkəz İran rəmsilərinin onu dekabr ayından Tehranın Evin həbsxanasında saxladığını bildirir. Keçən həftə ABŞ İranı Hale Esfəndiyari və Amerika iranlısı olan digər iki qadının dərhal azadlığa buraxılmasına çağırmışdı.

XS
SM
MD
LG